Russian
7 mart, 2026 / 225 Səfər 1446

PİS ƏXLAQ

 

Həzrət Muhəmməd (s) buyurur: «Pis əxlaq, bağışlanmayan günahdır». (Məhcətul-Beyza, c.5, səh.93)

 Həzrət Muhəmməd (s) buyurur: «Həqiqətən, bəndə özünün pis əxlaqına görə Cəhənnəmin ən aşağı dərəcəsinə enər». (Məhcətul-Beyza, səh.93)

       «Peyğəmbərə (s) ərz etdilər: «Filan qadın gündüzləri oruc tutur, gecələr ibadət edir, amma bədrəftardır. Qonşularına (acı) dili ilə əziyyət verir». Həzrət buyurdu:«Onda bir xeyir yoxdur, o, Cəhənnəmlikdir». (Biharul-ənvar, c.71, səh.394, hədis 63)

Əmirəlmöminin Əli (ə) buyurur: «Pis əxlaq ruzinin azalmasına və ruhun işgəncəyə məruz qalmasına səbəbdir». (Ğurərul-hikəm, hədis 5639)

     İmam Cəfər Sadiq (ə) buyurur «Sirkə balı xarab etdiyi kimi, pis əxlaq da əməli xarab edər».(əl-Kafi, c.2, səh.321, hədis 1)

Ahlibeytspb.ru

Materiallardan istifadə edərkən İSTİNAD etmək vacibdir.

Share