Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Ən çox ehtirama layiq olan xasiyyət səxavət, faydası daha əhatəli olan xasiyyət isə ədalətdir». (Ğurərul-hikəm, hədis 3219)
Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Ən şərafətli xasiyyətlər təvazökarlıq, dözümlülük və mehribanlıqdır».
İmam Muhəmməd Baqir əleyhissalam buyurur: «ən üstün əxlaqi kəramət hansıdır?» sualının cavabında buyurub: «Səbr və səxavət». (Biharul-ənvar, c.36, səh.358, hədis 228)
ƏXLAQİ KEYFİYYƏTLƏRİN ƏLAQƏLİLİYİ
Əmirəlmöminin Əli əleyhissalam buyurur: «Əgər kimsədə bir gözəl xasiyyət olarsa, ondan digər gözəl xasiyyətlərin də üzə çıxmasını gözləyin». (Nəhcül-bəlağə, hikmət 445)
İmam Cəfər Sadiq əleyhissalam buyurur «Gözəl əxlaqi xüsusiyyətlər bir-birinə bağlıdır». (Əmali, Tusi, səh.301, hədis 597)
"Əxlaqi Dəyərləri Yayma mərkəzi"
Ahlibeytspb.ru
Materiallardan istifadə edərkən İSTİNAD etmək vacibdir.