“Qəlbinizi kindən və ədavətdən təmizləyin, çünki həqiqətən də o çox ağır (dərd) və keçici bir xəstəlikdir”.
طَهِّرُوا قُلُوبَكُمْ مِنَ الْحِقْدِ فَإِنَّهُ دَاءٌ مُوبِئٌ
İmam Əli (ə).
əl-Amudi, “Təsnifu-ğurərul-hikəm”, s.299, hədis: 6773.
P.S: Hədisdə “kin” saxlamaq “vəba” xəstəliyinə oxşadılıb. Çünki həm sahibi üçün öldürücüdür. Sahibin fiziki və mənəvi sağlamlığına sağalmaz zərərlər vurur. Dünya və axirət rahatçılığını onun əlindən alır. Həm də kin saxladığı insana qarşı ədavətini ətrafındakılara da, xüsusi ilə də ailə və uşaqlarına keçirir. Onları da bu xəstəliyə mübtəla edir. Onlar da başlayırlar ərin, ya atanın, ya qardaşın kin saxladığı adama qarşı ədavətli davranmağa. Bu da bir çox fiziki, mənəvi, maddi və sosial problemlərin yaranmasına səbəb ola bilir.
Mirməhəmməd Bəşir
Ahlibeytspb.ru
Materiallardan istifadə edərkən İSTİNAD etmək vacibdir.