And olsun Allaha,
Hüseynin (ə) xatirəsini məhv edə bilməyəcəksiniz! Şəhidlərin qanından yaranmış seldə özünüz boğulacaqsınız!
Yezid öz sarayında Həzrət İmam Hüseynin (ə) mübarək başına hörmətsizlik edib, axmaq-axmaq danışdıqdan sonar Ümmül-məsaib, Həzrət Zeynəbi-Kübra (s) anası xanım Zəhra (s) vilayətin müdafiəsi üçün ayağa qalxdığı kimi şücaətlə ayağa qalxdı və tarixin bütün yezidlərini rüsvay edəcək o möhtəşəm xübtəni söylədi ki, həmin xütbənin bir hissəsində deyir:
ثُمَّ كِدْ كَيْدَكَ وَ اجْهَدْ جُهْدَكَ فَوَ اللَّهِ الَّذِي شَرَّفَنَا بِالْوَحْيِ وَ الْكِتَابِ وَ النُّبُوَّةِ وَ الِانْتِخَابِ لَا تُدْرِكُ أَمَدَنَا وَ لَا تَبْلُغُ غَايَتَنَا وَ لَا تَمْحُو ذِكْرَنَا
“… Sonra isə bütün hiylə və məkirli planlarını işə sal, bütün gücünlə çalış! And olsun bizim ailəni (Əhli-Beyti) vəhy, Quran, peyğəmbərlik və imamət və vilayət məqamı üçün seçən Allaha, bizim İlahi dərəcə, məqam və mərtəbəmizə çata bilməyəcəksən və bizim adımızı və yadımızı məhv edə bilməyəcəksən!...”
Təbərsi, “əl-Ehticac”, c.2, s.309.
Mirməhəmməd Bəşir
Ahlibeytspb.ru
Materiallardan istifadə edərkən İSTİNAD etmək vacibdir.