İslam dini baxımından ailədə təlim və tərbiyə işlərinin nə kimi əhəmiyyəti vardır?
"Əmr bil məruf və nəhy ənil-münkər", bütün müsəlmanlar bir-birləri ilə münasibət zəminində tabe olduqları ümumi bir qanundur. Lakin Quran ayələrindən və islam mənbələrdən "övlad hüquqları” və s. ilə bağlı qeyd olunan hədislərdən aydın olur ki, insan öz həyat yoldaşı və övladının qarşısında daha ağır məsuliyyət daşıyır. Onun vəzifəsi yalnız fiziki aspektən ailənin məişətini təmin etməklə bitmiş sayılmır. Mümkün qədər təlim-tərbiyə üçün çalışmalı, onları günahdan çəkindirməli və yaxşı işlərə yönəltməlidir.
Əslində böyük cəmiyyətlər "ailə" adlanan kiçik qruplardan təşkil olunmub. Daha asan qayğısı çəkilən bu kiçik qruplar düzgün istiqamətlənsə, bütün cəmiyyət islah olunar. Bu məsuliyyət ilkin mərhələdə ata və anaların boynuna düşür. Xüsusilə də ailə xaricində fəsad və əxlaqsızlığın güclü dalğalarının kifayət qədər təhlükəli olduğu əsrimizdə onu təlim-tərbiyə vasitəsi ilə zərərsizləşdirmək üçün əsaslı və dəqiq proqramlar tərtib etmək lazımdır. Yalnız qiyamətin deyil, bu dünyanın odu da insanın vücudunun dərinliklərindən sərçeşmələnir. Hər bir kəsin vəzifəsidir ki, öz ailəsini bu oddan qorusun. Hədisdə oxuyuruq:
"Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan atəşdən qoruyun" (1) ayəsi nazil olan zaman Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrindən bir soruşdu: − "Ailəmi cəhənnəm odundan necə qoruyum?"
Həzrət (səlləllahu əleyhi və alih) buyurdu:
تَأْمُرُهُمْ بِما أَمَرَ اللّهُ، وَ تَنْهاهُمْ عَمّا نَهاهُمُ اللّهُ، إِنْ أَطاعُوکَ کُنْتَ قَدْ وَقَیْتَهُمْ، وَ إِنْ عَصُوکَ کُنْتَ قَدْ قَضَیْتَ ما عَلَیْکَ
"Onları yaxşı işlərə yönəlt və pis işlərdən çəkindir. Sözlərini qəbul etsələr, onları cəhənnəm odundan qorumusan, qəbul etməsələr öz vəzifəni yerinə yetirmisən."
Başqa bir maraqlı və təfsilatlı hədisdə Allahın Rəsulundan (səlləllahu əleyhi və alih) belə nəql olunur:
أَلا کُلُّکُمْ راع، وَ کُلُّکُمْ مَسْؤُلٌ عَنْ رَعِیَّتِهِ، فَالاْ َمِیْرُ عَلَى النّاسِ راع، وَ هُوَ مَسْؤُلٌ عَنْ رَعِیَّتِهِ، وَ الرَّجُلُ راع عَلى أَهْلِ بَیْتِهِ، وَ هُوَ مَسْؤُلٌ عَنْهُمْ، فَالْمَرْئَةُ راعِیَةٌ عَلى أَهْلِ بَیْتِ بَعْلِها وَ وَلَدِهِ، وَ هِىَ مَسْؤُلَةٌ عَنْهُمْ، أَلا فَکُلُّکُمْ راع، وَ کُلُّکُمْ مَسْؤُلٌ عَنْ رَعِیَّتِهِ
"Bilin ki, sizin hamınız keşikçisiniz və keşiyində durmanız lazım olan şəxslər qarşısında məsuliyyət daşıyırsınız. İslam hökumətinin əmiri camaatın keşiyində durur və onların qarşısında məsuliyyət daşıyır. Kişi öz ailəsinin keşikçisidir, onlarla görə məsuliyyət daşıyır. Qadın da ər və övladlarının keşikçisidir və onların qarşısında məsuliyyət daşıyır. Bilin! Sizin hamınız keşikçisiniz. Hamınız qoruduqlarınızın qarşısında məsuliyyət daşıyırsınız."
Bu geniş bəhsi Əmirəl-mönindən (əleyhis-salam) nəql olunan hədislə başa çatdırırıq. İmam (əleyhis-salam) yuxarıdakı ayənin təfsirində buyurub:
عَلِّمُوا أَنْفُسَکُمْ وَ أَهْلِیکُمُ الْخَیْرَ، وَ أَدِّبوُهُمْ
“Özünüzə və ailənizə yaxşı işlər öyrədin və onları ədəbləndirin.” (2)
/Ahlibeytspb.ru/Makarem.ir/
Ahlibeytspb.ru
Materiallardan istifadə edərkən İSTİNAD etmək vacibdir.