Sankt-Peterburq Əhli-beyt cəmiyyəti, Aşura günü münasibətilə izdihamlı mərasim keçirib.
Mərasimdə şəhərin möminləri iştirak edərək, İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin əziz xatirəsini yad ediblər.
Aşura günü münasibətilə keçirilən izdihamlı mərasim Qurani-Kərimin tilavəti ilə başlayıb.
Mərasimdə Hüseyniyyənin İmam-Cüməsi Höccətul-İslam Hacı Rüfət Məmmədov geniş məzmunlu çıxış edib.
O, xütbə əsasında “Hər gün Aşura, hər yer Kərbəla” şüarının mənasına işarə edərək, bu şüarın yalnız tarixi hadisəyə aid olmadığını, həm də hər bir insanın gündəlik həyatında haqqı müdafiə etmə və zülmə qarşı çıxmalı olduğunu vurğulayıb.
Daha sonda Ruhani Ələkbər Qasımov Rus dilində çıxış edərək Kərbəla hadisəsindən danışıb.
Mərasim Rövzə və Mərsiyyəylə zöhr Azanında sona çatıb.
Ahlibeytspb.ru
Materiallardan istifadə edərkən İSTİNAD etmək vacibdir.