Rusiyanın Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt cəmiyyəti, ilk dəfə 1999-cu ildə bu şəhərdə yaşayan inanclı insanlar tərəfindən təsis edilib. Daha sonra 18.02.2002-ci ildə rəsmi "Elmi Mədəni Mərkəz" adı alaraq fəaliyyətə göstərməyə başlayıb. 2023-cü ilə qədər bu ad altında müsəlmanlara xidmət göstərən Şiə cəmiyyəti, 11.08.2023-cü ildə hazırkı adı olan "Əhli-beyt Sankt-Peterburq Müsəlman-Şiə cəmiyyəti" olaraq qeydiyyatdan keçərək fəaliyyət göstərməkdədir. Və bu şəhərdə yaşayan möminlər, Əhli-beyt cəmiyyətinə aid olan Hüseyniyyədə gündəlik namazlar, Ramazan, Məhərrəm və digər önəmli mərasimləri və ibadətləri yerinə yetirə bilirlər.